Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42

Misirlə Qəzza arasında sərhəd keçidi bağlandı


Misirin prezidenti Muhammad Mursi avqustun 5-də İsraillə sərhəd-keçid məntəqəsində 15 əsgərin ölümü ilə nəticələnmiş hücumdan sonra bu əraziyə nəzarəti gücləndirəcəklərini bildirib. Həmçinin Misir bu hadisədən sonra Həmasın nəzarətində olan Qəzzadan bu ölkəyə keçidi yeni rəsmi məlumat verilənə qədər dayandırıb.

İsrail iki yük maşınında olan kimliyi bəlli olmayan hücumçuların Misir hərbçilərinə hücumdan sonra da İsrailə keçməyə cəhd ediblər. Elə keçiddə maşınlardan biri partlayıb. İkinci maşını isə İsrail əsgərləri məhv ediblər. İsrail 7 yaraqlını öldürdüyünü bildirir.

Misirin hərbi və təhlükəsizlik rəsmiləri ilə fövqəladə toplantıdan sonra prezident Mursi dövlət televiziyasına müsahibəsində deyib ki, hücumuna görə cavabdehlərin məsuliyyətə cəlb olunmasını tapşırıb.

İsrailin Müdafiə naziri bu hadisədən sonra Misiri ayıq olmağa və hadisənin baş verdiyi Sinai regionuna nəzarəti gücləndirməyə çağırıb.

Misirin təhlükəsizlik qüvvələri sərhəd məntəqəsinə hücumu Qəzzadan Misirə keçmiş “cihadçıların” törətdiklərini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG