Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Suriyanın keçmiş baş naziri müxalifətin tərəfinə keçib


İstefaya göndəriləndən sonra ailəsi ilə İordaniyaya qaçan Suriyanın keçmiş baş naziri Riyad Hijab müxalifətin tərəfinə keçdiyini bildirib.

Assad rejimini terrorçu rejim adlandıran keçmiş baş nazir bildirib ki, bu gündən özünü “inqilabın əsgəri” hesab edir.

“Azad Suriya Ordusu” nümayəndəsi bildirib ki, keçmiş baş nazirlə birlikdə daha üç nazir müxalifətin tərəfinə keçib.

Riyad Hijab bu gün istefaya göndərilmişdi. İstefanın səbəbləri açıqlanmayıb. Bu vəzifənin icrası baş nazirin müavini Omar Galavanjiyə tapşırılıb.

Riyad Hijab Suriyanın keçmiş kənd təsərrüfatı naziri idi. O baş nazir postuna bu ilin iyununda - parlament seçkilərindən sonra gətirilmişdi. Assad rejimi onun baş nazir təyinatını siyasi islahatlar yolunda mühüm addım adlandırırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG