Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

Suriyanın Baş naziri də müxalifətin tərəfinə keçdi


Riyad Hijab (solda) iyunun 26-da prezident Bashar al-Assad qarşısında Dəməşqdə and içir.
Riyad Hijab (solda) iyunun 26-da prezident Bashar al-Assad qarşısında Dəməşqdə and içir.
-


Suriyanın Baş naziri Riyad Hijab İordaniyaya qaçaraq müxalifətin tərəfinə keçidiyini bəyan edib. Suriya dövlət televiziyası bu barədə xəbər yayılandan sonra bildirib ki, o vəzifədən qovulmuşdu.

İordaniyada adının çəkilməsini istəməyən rəsmi bildirib ki, keçmiş Baş nazir ailəsi ilə birlikdə bu ölkəyə sığınıb.

Keçmiş Kənd Təsərrüfatı naziri Riyad Hijab bu il iyunun 23-də Baş nazir vəzifəsinə təyin edilmişdi. İndiyə qədər prezident Bashar al-Assad`ın komandasını çox sayda məmur tərk etsə də ilk dəfədir ki, Baş nazir kimi ali vəzifə tutan bir adam da ondan üz döndərir.

Avqustun 6-da Suriya paytaxtı Dəməşqdə də Dövlət televiziyasının binasında partlayış törədilib. Hadisə nəticəsində bir neçə təhlükəsizlik işçisi və telekanalın əməkdaşı yaralanıb.

Son 2 ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifət qüvvələri hakimiyyət arasında toqquşmalarda insan haqları fəalları 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG