Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

Suriyanın baş naziri istefaya göndəriləndən sonra İordaniyaya qaçdı


Bu gün Suriyanın baş naziri Riyad Hijab istefaya göndərilib. Bu haqda Suriya dövlət televiziyası məlumat verib.

Bashar Assdin bu qərarının səbəbləri açıqlanmayıb. Bu vəzifənin icrası baş nazirin müavini Omar Galavanjiyə tapşırılıb.

Riyad Hijab Suriyanın keçmiş kənd təsərrüfatı naziri idi. O baş nazir postuna bu ilin iyununda - parlament seçkilərindən sonra gətirilmişdi. Assad rejimi onun baş nazir təyinatını siyasi islahatlar yolunda mühüm addım adlandırırdı.

France Presse agentliyi suriyalı hüquq müdafiəçilərinə istinadən bildirir ki, Riyad Hijab Dəməşqdən qaçıb. Onun müxalifətin tərəfinə keçdiyi istisna olunmur. Ancaq bu təsdiq olunmayıb.

Adı çəkilməyən İordaniya rəsmisi isə Riyad Hijabin ailəsi ilə İordaniyaya qaçdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG