Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

“Pussy Riot”çuların məhkəməsində çəkiliş ləğv olunub


Moskvada pak-qrup “Pussy Riot”un üç üzvünün - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) məhkəməsi davam edir.

Bu gün kü məhkəmə prosesində elan olunub ki, prosesin uzanmaması üçün video çəkiliş ləğv olunur.

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Onlar bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

Əgər məhkəmə onları təqsirli bilsə, onları 7 ilə qədər həbs gözləyir.

“Pussy Riot”un hər üç üzvü xuliqanlıqda ittiham olunur. Onlar ittiham üzrə təqsirli bilmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG