Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Məbəddə öldürülənlərin xatirə mərasimi keçirilib


ABŞ-da yaşayan şih icmasının üzvləri Viskonsiya ştatının Oak Creek şəhərində hindlilərin şih məbədinə silahlı hücumundan hiddətlənib.

Dünən silahlı şəxs məbədə hücum edərək 6 nəfəri öldürüb, 3 nəfəri yaralayıb. Yaralılardan biri polisdir. Hücum edən şəxs də öldürülüb.

Məbədə hücum bazar günü ayin zamanı baş verib. Həmin vaxt məbəddə onlarla adam olmuşdu. Yaxınlıqdakı Milouki şəhərində ölənlərin xatirə mərasimi keçirilib.

İki həftə əvvəl ABŞ-ın Kolorado ştatında kinoteatra edilən hücum nəticəsində 12 adam öldürülmüşdü, 58 adam yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG