Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Dəməşqdə dövlət televiziyasının binasında partlayış olub


Bu gün Suriyanın paytaxtı Dəməşqdə dövlət televiziyasının binasında partlayış olub. Xəsarət alanlar var. Onların sayı dəqiqləşdirilir.

Suriya Dövlət Televiziyasının məlumatına görə, yayım kəsilməyib. Partlayış inzibati binanın üçüncü mərtəbəsində olub.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.

Dəməşqdə hərbçilərlə üsyançılar arasında bir neçə həftə döyüşlər davam edib. Bu günlərdə Suriya Silahlı Qüvvələri müxalifətçiləri paytaxtdan sıxışdırıb çıxardığını elan edib. Hələb şəhərində isə döyüşlər davam edir.

Suriya hüquq müdafiəçilərinin məlumatına görə, ötən gün ölkədə 130-dan çox adam ölüb. Onlardan 79-u dinc sakinlərdir. Bu məlumat digər mənbələrdən təsdiqlənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG