Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

«Curiosity» kosmik aparatı Marsa enib


Qaya səthini araşdırmaq üçün avadanlığın konsepsiyası

Qaya səthini araşdırmaq üçün avadanlığın konsepsiyası

Marsa göndərilən «Curiosity» adlı kosmik aparat artıq qırmızı planetə enib. NASA bildirib ki, bazar günü gecə «Curiosity»dən siqnal alıb.

Kosmik apart kiçik avtomobil ölçüsündədir. İlk dəfə aparatı Marsdakı nəhəng kraterin içinə endirmək üçün xüsusi kabellərdən istifadə olunub.

Nasa TV Marsa enən Curiosity kosmik aparatın çəkdiyi ilk şəklləri yayıb

Nasa TV Marsa enən Curiosity kosmik aparatın çəkdiyi ilk şəklləri yayıb

«Curiosity» növbəti 2 il ərzində planetin səthində qazıntı apararaq torpaq nümunələri götürəcək. O planetdə mikroskopik orqanizmlərin yaşaması üçün əlverişli mühitin olub-olmadığını yoxlayacaq.

ABŞ prezidenti Barack Obama kosmik aparatın Marsa enməsini tarixi an adlandırıb.

«Curiosity» kosmik aparatı indiyə qədər Marsa göndərilən ən iddialı və bahalı layihədir. Mars Elm Laboratoriyası adlanan layihə 2,5 milyard dollar dəyərindədir.

Bu, NASA-nın 70-ci illərdən bu yana ilk astrobioloji missiyasıdır.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG