Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

Curiosity Marsa enib


Marsa göndərilən Curiosity adlı kosmik aparat artıq planetə enib. NASA bildirib ki, bazar günü gecə Curiositydən siqnal alıb.

Curiosity kosmik apartı kiçik avtomobil ölçüsündədir. İlk dəfə aparatı Marsdakı nəhəng kraterin içinə endirmək üçün xüsusi kabellərdən istifadə olunub.

Curiosity növbəti 2 il ərzində planetin səthində qazıntı apararaq torpaq nümunələri götürəcək. O planetdə mikroskopik orqanizmlərin yaşaması üçün əlverişli mühitin olub-olmadığını yoxlayacaq.

Curiosity kosMik aparatı indiyə qədər Marsa göndərilən ən iddialı və bahalı layihədir. Mars Elm Laborotoriyası adlanan layihə 2,5 milyard dollar dəyərindədir. Bu, NASA-nın 70-ci illərdən bu yana ilk astroloji missiyasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG