Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

London-2012: Azərbaycanın 3 idmançısı yarışa qoşulur


Avqustun 6-da 30-cu London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının daha 3 idmançısı yarışacaq.

London 2012 saytının məlumatına görə, Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final mərhələsində rusiyalı Məhəmməd Ömərovla qarşılaşacaq. Yarış Bakı vaxtilə gecə saat 02.30-da olacaq.

Yunan-Roma güləşi üzrə 1/8 finalda Azərbaycan idmançısı Həsən Əliyev (60 kq) norveçli Berge Stig Andre ilə yarışacaq.

Bu yarış növündə digər Azərbaycan idmançısı Saman Təhmasibi isə gürcü Vladimer Gegeshidze ilə görüşəcək. Onlar 1/8 finalda qarşılaşacaqlar.

Hər iki yarış Bakı vaxtilə 17.27-də başlayacaq.

Azərbaycan yığması bu günə qədər London Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG