Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:58

İran Azərbaycan vətəndaşları üçün müvəqqəti viza rejimi tətbiq etməyə başlayıb


İran İslam Respublikasının bayrağı
İran İslam Respublikasının bayrağı
Avqustun 31-dək İran ərazisindən keçərək Naxçıvana gedən Azərbaycan vətəndaşları viza almalı olacaqlar. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN-dən bildirilib ki, Naxçıvandan Bakıya gələnlər İranın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən konsulluqlarına, Naxçıvana gedənlər isə İranın Bakıdakı səfirliyinin konsulluq şöbəsinə müraciət etməlidir.

İranın Azərbaycan vətəndaşları üçün müvəqqəti olaraq tətbiq etdiyi viza rejimi avqustun 5-dən qüvvəyə minib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, 5-31 avqust tarixlərində bu ölkəyə səfər etmək üçün viza alacaq Azərbaycan vətəndaşları rüsum ödəməyəcəklər. Viza almaq üçün pasportun birinci səhifəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti və iki ədəd fotoşəkil tələb olunur.

İran Azərbaycanla viza rejimini müvəqqəti olaraq bərpa edib. Viza rejiminin yenidən tətbiqinə səbəb bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsidir.

İran Xarici İşlər Nazirliyi artıq bununla bağlı Azərbaycan XİN-nə nota göndərib. Notaya əsasən qeyd olunan zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza rejimi tətbiq olunacaq. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa ediləcək.
XS
SM
MD
LG