Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11
Ağdaş sakini Bayram Məmmədov Göyçay Mərkəzi Xəstəxanasından «Qaynar xətt»ə zəng vurub. Onun deməsinə görə, 21 yaşlı qızı Nuranə Məmmədova ailəyə bir tərəfdən sevinc, bir tərəfdən də kədər gətirib. Dünyaya oğul gətirən Nuranənin öz həyatı indi təhlükə altına düşüb.

Nuranə Məmmədova Göyçay sakinidir, rayonun mərkəzi xəstəxanasında qeysəriyə əməliyyatından sonra vəziyyəti ağırlaşdığına görə onu reanimasiyaya yerləşdiriblər. Ata qızının həyatına görə narahatdır.

Bayram Məmmədov:

- «3 gündür qızımı əməliyyat ediblər, uşaq sağ-salamat olsa da, qızımı ayağa qaldıra bilmirlər. 3 min manatdan çox pul xərcləmişik, ancaq ortada bir şey yoxdur. Həkimlərin əlindən bir şey gəlmir. Hələ də əməliyyat otağında qalıb. Bakıdan bir həkim gəldi, 2 gün qaldı, o da konkret bir söz demədən getdi».

- Qızınıza diaqnoz qoyulub?

- «O da dəqiq deyil. Əvvəl dedilər böyrəyi sidik süzmür, indi də deyirlər, böyrək süzməyə başlayıb, ancaq nəfəsi çatışmır. İndi süni nəfəs aparatına qoşublar, deyirlər tərpətmək olmaz. Mən tələb edirəm ki, Bakıdan savadlı bir həkim gətirsinlər, qızıma baxsın, dərdini dəqiq desin».

NARAHATLIĞA ƏSAS YOXDUR

Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov isə atanın narahatçılığında əsas görmür.

Baş həkim: «Düzdür mən özüm indi məzuniyyətdəyəm və rayonda deyiləm. Ancaq xəstənin yaxın qohumlarının narahatlığına əsas yoxdur. Əgər bizim xəstəxanada sizin dediyiniz ki, belə ağır xəstə olsaydı, həkimlər bunu mənə mütləq xəbər verərdilər, məsləhətləşərdilər. Bizdə xəstəni ayağa qaldırmamaq söhbəti yoxdur, bizim həkimlər öz işlərini bilirlər».

Baş həkim əməliyyata görə xəstənin yaxınlarından pul alınması ilə bağlı deyilənləri də təkzib edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG