Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Naxçıvanın artan ÜDM-i


Azərbaycan manatı
Azərbaycan manatı
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 20 iyun 2012. sayı: 114 (20.519)


2012-Cİ İLİN YANVAR – MAY AYLARI ÜZRƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL – İQTİSADİ İNKİŞAFI

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin yanvar - may aylarında Naxçıvan Muxtar Respublikasında 663 milyon manatdan artıq həcmdə Ümumi Daxili Məhsul istehsal olunmuşdur. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2011-ci ilin yanvar – may ayları ilə müqayisədə 10,9 faiz artaraq 1577,5 manata (2006,5 ABŞ dollarına) çatmışdır.
2012-ci ilin yanvar – may aylarında Naxçıvan Muxtar Respublikasında 322 milyon manatdan artıq həcmdə sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 15,8 faiz üstələmişdir.

Bəhs edilən dövrdə muxtar respublikada əhalinin gəlirləri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 558 milyon manatı ötmüş, onun hər bir nəfərə düşən həcmi isə 2,7 faiz yüksələrək 1328,4 manat təşkil etmişdir.

2012-ci ilin yanvar – may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 357, 9 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artmışdır.

1 iyul 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 8523 nəfər və ya 2,1 faiz artaraq 422125 nəfər təşkil etmişdir. 2012-ci ilin yanvar – may aylarında 4354 nəfər körpə doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 nəfər çoxdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Əməyin mühafizəsi ilə əlaqədar kurslar davam etdirilir
- Kartof əkini sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır
- Muxtar respublikada epidemioloji vəziyyət sabitdi
XS
SM
MD
LG