Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Siriyanın ilk astronavtı Türkiyəyə qaçıb


Suriyanın ilk astronavtı Mohammad Ahmed Faris müxalifətin tərəfinə keçib.

O hazırda Türkiyədədir.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Hazırda Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

BBC-nin məlumatına görə, şəhər və onun ətraflarına 20 minə yaxın əsgər yeridilib.

İran hakimiyyəti 48 iranlı zəvvarın Suriyada oğurlandığını deyir.

Müxalifətdə olan “Suriya Azadlıq Ordusu”nun nümayəndəsi isə əl Ərəbiyyə televiziyasına onların İran İnqilab Qvardiyasının üzvləri olduğunu və Suriyaya kəşfiyyat məqsədilə gəldiklərini deyib.

İRNA agentliyinin məlumatına görə Tehran onların azad edilməsi üçün Türkiyə və Qətərə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG