Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:07

Yəməndə yas mərasimində partlayış olub, 42 nəfər ölüb


Arxiv foto
Arxiv foto
Avqustun 4-ü Yəmənin cənubunda baş vermiş partlayışda 42 nəfər ölüb, 38 adam isə yaralanıb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Partlayışı Caar şəhərində intiharçı törədib.

Bu şəhər Abyan əyalətində yerləşir.

İntiharçı əl-Qaidə ilə mübarizədə hökumətə kömək edən qəbilə üzvlərinin yığışdığı dəfn mərasimində özünü partladıb.

Hökumət qoşunları iyunda ötən ildən yaraqlıların əlində olan bu şəhərə nəzarəti bərpa ediblər.

Amma radikal islamçı qruplar bu bölgədə hələ də fəaldırlar.

Çərşənbə günü Car şəhərində polis məntəqəsinə edilmiş hücum nəticəsində 2 əsgər və 1 dinc sakin ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG