Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:14

Türkiyənin cənub-şərqində 11 yaraqlı öldürülüb


Türkiyənin cənub-şərqində əsgərlərlə kürd yaraqlıları arasında baş vermiş toqquşmada 19 adam ölüb.

Hakkari əyalətinin qubernatoru Orxan Alimoğlu ölənlərdən 6-nın əsgər, 2-nin dinc sakin, 11-nin isə yaraqlılar olduğunu deyir.

Bundan başqa 15 türk əsgəri yaralanıb.

Yaraqlılar İraq sərhəddinin yaxınlığındakı kəndlərdən birində polis postuna hücum ediblər və bundan sonra döyüş başlanıb.

İki həftə bundan əvvəl Türkiyə ordusu bu əyalətdə kürd yaraqlılarına qarşı irimiqyaslı əməliyyat aparıb.

Əməliyyatda 2 minə yaxın əsgər iştirak edib.

27 ildir ki, PKK yaraqlıları ilə Türkiyə ordusu arasında gedən toqquşmalarda 40 min adam ölüb.

Türkiyə, ABŞ və Avropa Birliyi bu partiyanı terrorçu təşkilat hesab edir.
XS
SM
MD
LG