Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:52

Daha iki rayon rəqəmsal TV ilə əhatələnib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında «Teleradio» İstehsalat Birliyi (İB) Azərbaycanın daha 2 rayonunda rəqəmsal televiziyanın əhatə dairəsini genişləndirib. Bu barədə Trend-ə İB-dən deyiblər.

Bu, Qusar və Siyəzən rayonlarında yerləşdirilmiş televiziya stansiyalarında quraşdırılan yeni DVB-T rəqəmsal avadanlığının istismara verilməsindən sonra mümkün olub.

Adıçəkilən rayonların televiziya stansiyalarından yayılan rəqəmsal siqnal 12 telekanaldan ibarət rəqəmsal sosial paketi yayımlamağa imkan verməklə yaxınlıqdakı yaşayış məntəqələrini əhatə edir.

Hazırda respublika əhalisinin 85 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG