Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avqustun 4-də Xəzər dənizində və Kürdə 11 nəfəri boğulmaqdan xilas ediblər.

Bu haqda məlumat FHN-in saytında yerləşdirilib.

Xəzərin sahillərində - Bilgəhdə 5 nəfər, Zuğulbada 2 nəfər, Qaradağ, Xəzər, Sumqayıt, Nabranda ərazilərinin hər birində bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

Məlumatda o da deyilir ki, 1 nəfər isə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində, nəzarətsiz ərazidə batarkən xilas edilib.

Nazirliyin məlumatına görə, batmaq təhlükəsi ilə üzləşənlərin əksəriyyəti nəzarətsiz ərazidə çimənlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG