Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

İslamçı yaraqlılar Kazandkı hücumlara görə cavabdehliyi üzərlərinə götürüblər


İslamçı yaraqlılar Tatarıstanın dini xadimlərinə hücuma görə cavabdehliyi üzərlərinə götürüblər.

Kavkaz-Tsentr saytında yerləşdirimiş videoyazıda özünü Muhammad kimi qələmə verən şəxs deyir ki, iyulun 19-da Kazanda keçirilmiş əməliyyatı o göstəriş verib və hədəf Allahın düşmənləri olub.

İyulun 19-da Kazanda törədilmiş partlayış nəticəsində Tatarıstanın müftisi İldus Fayzov yaralanıb, onun keçmiş müavini Valiullah Yakubov isə güllələnərək öldürülüb.

Bu işlə bağlı 7 şübhəli saxlanıb.

Təşkilatçılıqda şübhəli bilinən Robert Valeyev ilə Rais Minqaleyev isə axtarışdadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG