Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30
-
İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitə keçirmək istəyən 1 nəfər saxlanıb.

Bu barədə APA Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir.

Onun İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rəhim Quliyev olduğu bildirilir.

Gömrük xidmətində keçirilən yoxlama zamanı onun düz bağırsağında içərisində 54.149 qram heroin olan kiçik bağlama, mədəsində isə içərisində 165.239 qram tiryək olan 35 bağlama aşkar edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG