Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

İran yeni ballistik raketin sınağını keçirib


İran qısa məsafəli Fateh-110 raketinin yeni növünün sınağını keçirib.

Ölkənin müdafiə naziri Ahmad Vahidi milli televiziya ilə çıxışında sınağın uğurlu olduğunu deyib.

Onun sözlərinə görə, 300 kilometrlik məsafəni qət edən raket, Fars və Oman körfəzlərindəki hədəfləri vura bilər.

Amma sınağın nə vaxt keçirilməsi barədə açıqlama verilmir.

Məlumatı Jerusalem post qəzeti yayıb.
XS
SM
MD
LG