Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

Səudiyyə Ərəbistanında polis patruluna hücum edilib


Səudiyyə Ərəbistanının əl Katif şəhərində polis patruluna hücum edilib.

Motosikiletdə olan yaraqlılar polislərdən 1-ni öldürüb, birini isə yaralayıb.

Həmçinin cavab atəşi ilə hücum edənlərdən biri öldürülüb.

Şahidlərin sözlərinə görə, hücum edənlər şəhərdə etiraz aksiyasında iştirak etmiş şiələr olub.

Aksiyaya səbəb 2 şiə fəalın öldürülməsi olub.

Şiələr hesab edir ki, onları hakimiyyət öldürtdürüb.

Səudiyyə Ərəbistanın 23 milyon əhalisi var.

Onların 10 faizini şiələr təşkil edir.
XS
SM
MD
LG