Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:47

Şimallılar Cənubi Koreyada depressiyaya düşürlər


Şimali Koreya. İnsanlar yeni lider Kim Jong-Un'u dəstəkləmək üçün Pxenyanın mərkəzi meydanına toplaşıblar. 3 yanvar 2012
Şimali Koreya. İnsanlar yeni lider Kim Jong-Un'u dəstəkləmək üçün Pxenyanın mərkəzi meydanına toplaşıblar. 3 yanvar 2012
-
Kim Seongcheol heç vaxt çətinlikdən qorxmayıb. Şimali Koreyada qıtlıq baş alıb gedəndə, ailəsi dolana bilməyəndə, 8 yaşında evi tərk edib. Bir neçə küçə uşağı ilə birlikdə küçələrdə dilənməyə başlayıb. Çinə keçmək istədiyi üçün bir neçə dəfə Çin və Şimali Koreya həbsxanalarına düşüb. Nəhayət, Cənubi Koreyaya gəlib çıxıb. Ancaq burda həyat təcrübəsinin belə öhdəsindən gələ bilmədiyi bir maneə ilə qarşılaşıb.

Əvvəlcə şimaldan olanlara verilən güzəştlər sayəsində universitetə qəbul edilib. Ancaq burdakı tələbələrdən çox geri qalıb. Yarım il oxuyandan sonra təhsili buraxır. Depressiyaya düşür. 26 yaşındakı Kim deyir ki,

«vaxtilə çəkdiyim aclığı yadımdan çıxarda bilmirəm».

ŞİMALDAN QAÇANLARIN SAYI 7 DƏFƏ ARTIB

Kim Cənubi Koreyaya üz tutan şimallılardan ancaq biridir. Son 10 il ərzində şimaldan qaçanların sayı 7 dəfə artaraq 23 minə çatıb. Ancaq şimallıların çoxu cənubluların sürətli inkişaf etmiş həyatından geri qalır. Cənubi Koreyada şimallılar üçün hər sahədə imtiyazlar tanınır, ən yaxşı universitetlərə qəbul olmaq imkanı yaradılır. Ancaq bu da işə yaramır. Çoxlu şimallı universiteti yarıda buraxır.

Yeni yaradılan Şimali Koreyalılar Mərkəzinin təhsil mütəxəssislərindən olan Shin Hyo-Suk deyir ki,
Pxenyada hərbçilər Kim Jong-Un'a Marşal rütbəsi verilməsini bayram edirlər, 18 iyul 2012
Pxenyada hərbçilər Kim Jong-Un'a Marşal rütbəsi verilməsini bayram edirlər, 18 iyul 2012

«bu uşaqlar öz keçmiş həyatlarına görə şəxsiyyət problemindən əziyyət çəkirlər».

DÜYÜ BOĞAZINDA QALDIĞINDAN DOSTU ÖLÜB

Cənubi Koreya universitetlərinə daxil olan təxminən 500 şimallıya pulsuz təhsil, yaşamaq, təqaüd imkanı yaradılsa da, bu, çətinlikləri aşmaq üçün bəs etmir. Cənubi koreyalılar daha yaxşı oxuyurlar, şimallılar onlara çata bilmir. Müəllimləri deyir ki, şimallılar həm də əsəbi olurlar.

Kim də depressiyadadır. Onun üçün ən acı xatirə yaxın dostunun ölümüdür. Kim'in dostu ac olduğu üçün düyü oğurlamışdı. Düyü satan onu döymüşdü. Oğurladığı bir ovuc düyü isə boğazında qaldığından dostu ölmüşdü. Ancaq son vaxtlar Kim bütün günü spirtli içki içərək dövlətin kirayə pulunu ödədiyi evə qapanmaqdan xilas olub. İndi o, yeni və onun üçün daha asan olan universitetdə oxumağa başlayıb. Deyir ki,

«bu dəfə bacaracağam. Ancaq nə olursa olsun, həmişə özümdən soruşacağam - mən kiməm, haralıyam?».
XS
SM
MD
LG