Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34

“Fulbright” tələbə proqramı elan olunub



Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi 2013-cü il üçün “Fulbright” tələbə proqramını elan edib. Təhsil Nazirliyindən AzərTAc dövlət informasiya agentliyinə bildirblər ki, bu proqram Azərbaycan tələbələrinin magistr təhsilini Amerika universitetlərində davam etdirmələri üçün nəzərdə tutulub. Təqaüd ictimai və fərdi fəaliyyətlərində daha çox fərqlənən tələbələrə veriləcək.

Proqramda universitet təhsilli (yüksək nəticələrlə), ingilis dilini bilən (TOELF imtahanından minimum 80 bal), hərbi mükəlləfiyyəti olmayan 35 yaşınadək Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müraciətlər online şəkildə aparılır. Namizədlər online müraciətlərini ttps://apply.embark.com/student/fulbright/international səhifəsinə göndərə bilərlər.
Online müraciətdən əlavə, namizəd çap versiyanın bir nüsxəsini avqustun 23-dək ABŞ səfirliyinə təqdim etməlidir.

Əlavə məlumat üçün səfirliklə əlaqə saxlamaq lazımdır.

Ünvan: Bakı şəhəri, Azadlıq pros. 83. Telefon: 498-03-35, daxili (43-27). E-mail: bakuEducation@state.gov

Ətraflı məlumatı www.azerbaijan.usembassy.gov saytından əldə etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG