Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

Rusiyalı oliqarx biznes-aktivlərini satır


Rusiyalı oliqarx Aleksandr Lebedev deyir ki, Rusiyadakı biznes-aktivlərini satmağı nəzərdən keçirir. O, siyasi səbəblərdən həbs olunacağı ehtimalından narahatdır.

O bildirib ki, Kremlin razılığı olmadan Rusiyadakı potensial alıcılar onunla biznes əlaqəsi yaratmaq istəmirlər.

Lebedevin fikrincə, Vladimir Putinin yenidən prezidentlik kürsüsünə qayıtması ilə Rusiyanı siyasi repressiyaların növbəti dalğası gözləyir.

52 yaşlı Lebedev Rusiyada bank, yeni media holdingi sahibidir. Bundan başqa Britaniyanın “The İndependent” və “London's Evening Standard” qəzetlərinin tərəfdaşıdır.

Fobes jurnalı mart ayında onun var-dövlətinin 1,1 milyard dollar civarında olduğunu yazırdı.
XS
SM
MD
LG