Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:07

Şəmkir sakinlərinin vahiməsinə çevrilmiş şəxslərin həbs edildiyi bildirilir


-
Şəmkir rayonunda şəxsi evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olduqları bildirilən rayon sakinləri - Arzu RzayevSamir Mürşüdov saxlanıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən ANS məlumat verir.

Araşdırma aparılır.

Bir müddət əvvəl mətbuatda Şəmkirdə evlərə silahlı dəstənin basqın etməsi ilə bağlı məlumatlar yayılıb. Məlum hadisə ilə əlaqədar Şəmkir rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG