Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

Suriya ilə bağlı BMT-dən qətnamə gözlənilir


Suriyada dağıdılmış məscid

Suriyada dağıdılmış məscid

Avqustun 3-də BMT Baş Assambleyası Suriya hökumətinin ağır silahlar istifadə etməsi və mülki ərazilərdən hərbi qüvvələrini çıxarmamağına dair qətnamə imzalayacağı gözlənilir.

Qətnamə mətni Səudiyyə Ərəbistanı tərəfindən hazırlanıb.

Bu sənəd hüquqi öhdəliklər yaratmır, ancaq Təhlükəsizlik Şurasının hərəkətə keçməsi üçün təzyiqləri artırmaq məqsədi daşıyır.

Dünən BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib. O deyib ki, hərbiləşmənin bu həddə genişlənməsi onun işini əhəmiyyətsiz edib. Bu qərarını açıqlayarkən Annan Suriyadakı vəziyyətlə bağlı hər hansı addım atmaq üçün konsensusa gələ bilmədiyinə görə Təhlükəsizlik Şurasını da tənqid edib.

Bu arada siyasi fəalların verdiyi məlumata görə, Suriyada qarşıdurma nəticəsində ölüm halları artmaqdadır.
XS
SM
MD
LG