Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:58

Ağacan Əbiyevi London Olimpiyasından uzaqlaşdırıblar? - Müsahibə


Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev (Foto: SalamNews)
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev (Foto: SalamNews)
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiyada Komitəsinin baş katibi Ağacan Əbiyev London Olimpiya Oyunları çərçivəsində təşkil olunan boks yarışlarından uzaqlaşdırılması barədə məlumatlara münasibət bildirib.
AzadlıqRadiosuna müsahibəsində o, AİBA-nın bu barədə yazılı qərarının hələ ona verilmədiyini deyib:
- Mən burdayam kim məni uzaqlaşdırıb, mən kosmonavt-zadam ki, məni uzaqlaşdırsınlar.
- “Reuters” agentliyi yazır ki, siz Azərbaycan idmançıları və federasiya rəsmiləri ilə ünsiyyətə cəhd etmisiniz və bu da AİBA-nın qaydalarına zidd olduğu üçün yarışlardan kənarlaşdırılmısınız.
- Mən Azərbaycan komandası ilə həmişə ünsiyyətdəyəm də...
- Ağacan müəllim, AİBA-nın prezidenti də belə bir qərar verdiklərinə təəssüfləndiyini bildirib. Amma bunun verilməli olduğunu deyib.
- Təəssüf edirlərsə qoy eləsinlər. Onların planında belə şeylər var. Bir şey olmaz, hər şey yaxşı olacaq.
- Bəs bu qərara necə yanaşırsınız?
- Kimlərsə deyəsən bizim komandaya sataşmaq istəyir. Bilmirlər hardan yapışsınlar. Elə adama yapışıblar ki, istəyirlər həmin adam reaksiya versin bu məsələlərə, bu da alınmaz. Mən burda işləyirəm və hər şey yaxşı olacaq.
- Ağacan müəllim, öz ölkəsinin idmançıları və federasiya rəsmiləri ilə ünsiyyətə cəhd, bu nə deməkdir?
- Bunu AİBA-dan soruşun, orda indi elə səviyyəsiz adamlar var ki, heç sözlərinin məntiqi yoxdur. İkincisi də burda müharibə gedir yoxsa mən hansısa kəşfiyyata işləyirəm?
- Sizə AİBA-nın qərarını veriblərmi, siz yarışlardan uzaqlaşdırılırsınız?
- Yox, mənə telefonla deyiblər. Mən o qərarı heç görməmişəm. İndi yarış olacaq, mən özüm AİBA-nın prezidentinə yaxınlaşacam soruşacam. Mənə heç bir söz deməyiblər. Özləri üçün yazıblar, qoy yazsınlar.
- Ağacan müəllim, əlavə olaraq qeyd olunur ki, Azərbaycan boksçusu ilə yaponiyalı boksçunun döyüşünə hakimlik edən türkmənistanlı hakimin də yarışlardan uzaqlaşdırıldığı bildirilir.
- Tək türkmənistanlı hakim deyil, bir neçə hakim kənarlaşdırılıb. Hakimdir, səhv edir. Kimisə 5 gün, kimisə 3 gün və ya 1 gün və ya tamamilə uzaqlaşdırılar. Bu qaydadır, hər yerdə belədir. Baxılır ki, hansısa hakim çox böyük səhv buraxıb deyilir ki, get istirahət et, özünə gəl, sonra gəl. Elələri də var səhv ciddi olur tamamilə yarışlardan uzaqlaşdırılır.
- Bəs azərbaycanlı boksçunun nəticələrinin ləğv edilməsini necə qiymətləndirirsiniz?
- Mən yenə deyirəm, burda bunların nə isə oyunu gedir. Azərbaycan komandasına elə diqqətlə yanaşırlar. Mən bilirəm bu hardan qaynaqlanır, amma bu telefon söhbəti deyil. Eybi yoxdur, hələ tezdir, olimpiya oyunlarından sonra bu barədə söhbət edərik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG