Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:51
-

Londonda keçirilən XXX Yay Olimpiya oyunlarında bu ana qədər ən çox qızıl medal qazanan ölkələr Çinlə Amerika Birləşmiş Ştatlarıdır.
Hər iki ölkənin hesabında qızıl medalların sayı 18-dir. Ümumi medal sayına görə ABŞ idmançıları daha çox medal qazansa da gümüş medalların sayına görə, Çin idmançıları irəlidədir.
Olimpiya oyunlarına ev sahibliyi edən Böyük Britaniya siyahıda 5-ci yerdə qərarlaşıb. Bu ölkə idmançıları indiyə qədər 5-i qızıl olmaqla ümumilikdə 15 medal qazana biliblər.
Bir bürünc medalla Azərbaycan 9 ölkə ilə birgə 41-ci yeri bölüşür.

Şərhləri göstər

XS
SM
MD
LG