Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

İdman federasiyalarının məmurlardan alınması təklifi və...


-
«İlham Əliyevin 48 milyard məsələsindən xəbəri var». Bunu «Azadlıq» qəzetinə müsahibəsində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri hesab edir ki, «Bu pullar ən yüksəsk səviyyədə, dövlət başçısı səviyyəsində ölkədən çıxarılıb».

Bir müddət əvvəl Böyük Britaniyanın «Tax Custice Network» (Ədalətli Vergi Sistemi) hesabatını açıqlayıb. Həmin hesabatda qeyd olunur ki, 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard dollar pul ötürülüb.

OLİMPİYA UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ

«Yeni Müsavat» qəzeti İdman nazirliyi və Milli Olimpiya Komitəsinin istefaya çağırıldığını yazır.

Qəzet Olimpiya oyunlarında Azərbaycan idmançılarının uğursuzluğu ilə bağlı idman mütəxəsisləri və jurnalistlərin fikirlərinə yer verib.

İdman şərhçisi, futbolpress.az saytının baş redaktoru Azərbaycan idmançılarının uğursuzluğunu idmançıların yaxşı hazırlaşmaması izah edir. Bir də hesab edir ki «bir neçə idman növü məmurların nəzarətindədir və buna da son qoymaq lazımdır. Budəfədəki olimpiadadan sonra ən əvvəl elə məmurların inzibati nəzarəti məsələsi həll olunmalıdı».

RUSİYANIN KÜTLƏVİ TƏZYİQ METODU

«Zerkalo»
qəzeti Rusiyanın postsovet məkanında kütləvi təzyiqə keçdiyini yazır. Qəzet Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya dəvət edilməsini də bu məsələnin tərkib hissəi sayır.

MÜXALİFƏTİN MİTİNQDƏN KƏNAR FƏALİYYƏTİ

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun müxalifətlə bağlı fikirlərini dərc edib. Onun fikircə, bəzi müxalifət partiyalarının mitinqdənkənar fəaliyyəti yalnız qəzet səhifələri ilə məhdudlaşdırılır.

«Bu şəkildə fəallığı olmayan müxalifətin prezident seçkilərinə hansısa hazırlığından söhbət gedə bilməz. Çünki onlarda mitinqlərə alternativ tədbirlər hələ ki tapılmayıb».

«YARIM İLDƏ 55 HƏRBÇİ İTKİSİ»


«Bizim yol» qəzeti yarım ildə Azərbaycan ordusunun 55 hərbçi itirdiyini yazır. Qəzet yazır ki, belə bir statistikanı «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG