Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:25

Səudiyyə Ərəbistanından ilk qadın cüdoçu yarışacaq


Cüdoçu Wodjan Ali Seraj Abdulrahim Shahrkhani Səudiyyə Ərəbistanından Olimpiya Oyunlarından yarışacaq ilk qadındır. Avqustun 3-də 16 yaşlı cüdoçu Puerto Rikodan olan Melissa Mojica ilə 78 kiloqram çəki dərəcəsində görüşəcək.

Yalnız 2 illik təlimdən sonra mavi kəmərə sahib olan Shahrkhaninin şansları zəif qiymətləndirilir.

Rəsmilər bildiriblər ki, o baş örtüyündə yarışacaq.

Mühafizəkar kral Londondakı olimpiya yarışlarına ölkədən bu il ilk iki qadını göndərib. Digər iştirakçı ABŞ-da doğulmuş qaçışçı Sarah Attardır.

Qatar və Bruneyin də olimpiya heyətində bu il ilk dəfə qadınlar təmsil olunur.
XS
SM
MD
LG