Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06

ABŞ Kofi Annanın istefasına görə Rusiya ilə Çini günahlandırır


Birləşmiş Ştatlar Suriya üzrə beynəlxalq elçi Kofi Annanın istefası və sülh planının baş tutmamasına görə Rusiya ilə Çini günahlandırıb.

Ağ evin nümayəndəsi Cey Karni bildirib ki, Moskva ilə Pekinin Suriya rejiminə qarşı qətnamə layihələrini dəstəkləməməsi diplomatik düyünə səbəb olub.

Suriya üzrə beynəlxalq elçi Koffi Annan bu vəzifədən istefa verib.

Hazırda Suriyanın Hələb şəhərində ağır döyüşlər gedir.

Suriyalı hüquq müdafiəçiləri son gün ərzində ölkədə 36 dinc sakində daxil olmaqla azı 67 nəfərin öldüyünü deyirlər.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etiraz və toqquşmalar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG