Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31
Bakının "Neftçi" klubunun məşqçilər korpusu dünən İsrailin "Hapoel" klubuna böyük hesabla məğlubiyyətdən sonra klub rəhbərliyi yanında toplantı keçirib.

Klubun rəsmi saytının məlumatına görə,
böyükhesablı məğlubiyyətin səbəbləri araşdırılaraq klub prezidentinə təqdimat verilib.

Bundan başqa, Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi" PFK-nın bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə daxili iclas keçirilib, futbolçulara ciddi xəbərdarlıq edilib.

Bundan başqa məşqçilər korpusunun təqdimatına əsasən klub prezidentinin sərəncamı ilə son oyunlarda imkanlarından aşağı səviyyədə çıxış etmə və Çempionlar Liqası kimi yarışa məsuliyyətsiz yanaşmalarına görə, "Neftçi" -nın kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG