Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12

Avqustun 2-də Bakının Dərnəgül qəsəbəsində məskunlaşan məcburi köçkünlər Daxili İşlər Nazirliyinin hospitalı qarşısından keçən avtomobil yolunu bağlayıblar. Bir gün əvvəl yanan tələbə yataqxanasının sakinləri normal sığınacaqla təmin olunmalarını tələb ediblər. Məcburi köçkünlər bildiriblər ki, yataqxana yanandan sonra onlarla maraqlanan, müraciətlərinə baxan yoxdur. Aksiya yarım saata yaxın davam edib. Polislər etirazçıları ərazidən uzaqlaşdırıblar. Avqustun 1-də Binəqədi rayonunda, Dərnəgül şosesi yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yataqxanalardan birində və ona bitişik bazarda yanğın olub. Yanğının baş verdiyi ərazinin yaxınlığında zərərçəkənlər üçün çadırlar qurulub.

Bölmələr

XS
SM
MD
LG