Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:39

Aktyorlar mükafatlandırıldı


-
Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Günü ilə əlaqədar 3 kino xadimini diplomla mükafatlandırıb.

Diplom milli kinoya verdiyi töhfələrə görə Fəxrəddin Manafova və son illərin yaradıcılıq uğurları nominasiyası üzrə Asif Rüstəmovla Fikrət Əliyevə verilib.

Kinematoqrafçılar İttifaqı yeni təsis etdiyi mükafatı isə ilk olaraq Yaşar Nuriyə verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə yaradılıb. 1990-cı ildən ittifaqın sədri Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovdur.

2012-ci ilin iyununda alternativ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib .

Günün bütün mövzuları

XS
SM
MD
LG