Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

ABŞ Pakistana 1,8 milyard dollar verib


ABŞ terrorçuluqla mübarizədə Pakistana milyard dollardan artıq vəsait verib.

Pakistan dövlət bankının nümayəndəsi Azadlıqradiosuna müsahibəsində bunu təsdiqləyib.

Əfqanıstandakı NATO qüvvələrinin Pakistan ərazisindən təhcizatı dayandırdığına görə,
Vaşinqton ötən ilin noyabrından Pakistana maliyyə yardımını dayandırmışdı.

Nəqliyyat dəhlizinin bağlanmasına səbəb isə NATO-nun hava zərbəsi nəticəsində 24
Pakistan əsgərinin ölümü olmuşdu.

Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı John Allen bu gün İslamabadda
Pakistan rəhbərliyi ilə təhlükəsizlik məsələsini müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG