Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

Prezident Bakı qəsəbələrində olub


-
Avqustun 2-də prezident İlham Əliyev Bakının Yeni Suraxanı və Bülbülə qəsəbələrində olub.

Prezident Yeni Suraxanı qəsəbəsindəki 85 saylı orta məktəbin yeni korpusunun açılışında iştirak edib. Daha sonra o, Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasında aparılan əsaslı yenidənqurmadan sonrakı vəziyyət ilə tanış olub.

Prezidentin rəsmi saytında deyilir ki, bu işlər 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilib.
XS
SM
MD
LG