Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:16

Yanğından zərər çəkmiş köçkün ailələrinə maddi yardım ediləcək


Azərbaycan hökuməti Dərnəgüldəki yataqxananın yanması nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım göstərəcək.

Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məlumat verib.

Nazirlər Kabinetinin qərarına əsasən 1 nəfərlik ailəyə 1000, 2 nəfərlik ailəyə 1800, 3 və daha çox üzvü olan ailənin hər bir üzvünə isə 800 manat birdəfəlik maddi yardım göstəriləcək.

Elçin Qədimov qeyd edib ki, hazırda həmin ailələr yaxınlıqda qurulan çadırlara köçürülüb və onlar gündə 3 dəfə yemək, həmçinin geyim və yataq dəsti ilə təmin olunur.

Yanğın nəticəsində 32 məcburi köçkün ailəsi – 114 nəfərin zərər çəkdiyini bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG