Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:02

Dəməşq ətrafından 43 nəfərin cəsədi tapılıb


Suriya ordusunun Dəməşqin ətrafında keçirdiyi reyd zamanı azı 43 adam ölüb.

Bəzi cəsədlərin üzərində işgəncə izləri olduğu bildirilir.

Onların cəsədi cümə axşamı səhər aşkar edilib.

Suriya insan haqları mərkəzinin məlumatına görə, hökumət qoşunları kəndlərdən birinə girərək 100-ə yaxın adamı həbs edib, sonra isə onları məktəb binasına yığaraq işgəncə verməyə başlayıb, bəzilərini isə güllələyiblər.

Həmçinin 1 həftədir ki, Hələb şəhərində ağır döyüşlər gedir.

Cümə günü BMT-nin baş Assambleyasında Suriya ilə bağlı qətnamə layihəsinin səsə qoyulacağı gözlənilir.

Sənəddə prezident Bashar Assadın istefa verməsi və ölkədə müvəqqəti hökumət yaradılması nəzərdə tutulur.
XS
SM
MD
LG