Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

Sumqayıtda dəniz kənarından tank mərmisi tapılıb


Sumqayıtda dəniz kənarından döyüş sursatı tapılıb.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, Tağıyev qəsəbəsində dəniz kənarında partlayıcı maddənin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və aşkarlanan sursatın 1 ədəd 45 santimetrlik tank mərmisi olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG