Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

BMT-nin baş katibi iranlı qaçqınlara sığınacaq verməyə çağırıb


BMT-nin baş katibi iranlı qaçqınları İraqın qərbindəki düşərgələrini tərk edib Bağdad yaxınlığında məskunlaşmağı məsləhət görüb.

Ban Ki Moon avqustun 1-də digər ölkələri də İran Mücahid Xalq Təşkilatının dissidentlərinə sığınacaq verməyi təklif edib.

İraqın təhlükəsizlik qüvvələri iranlı qaçqınların əvvəlki sığınacağına son dörd ildə iki dəfə hücum edib, 34 qaçqının öldüyü deyilir.

Qaçqın qrupu artıq Bağdad yaxınlığına hərəkətə başlayıb. Amma 3 minə qədər qaçqının hələ də əvvəlki Əşrəf düşərgəsində qaldığı bildirilir. Onlar yeni düşərgədə şəraitin daha pis olduğunu söyləyiblər.

İraq hökuməti isə Mücahid Xalq Təşkilatını terrorçu qrup sayır. Xəbərdarlıq edib ki, əgər yaxın vaxtlarda İran qaçqınları Əşrəfi tərk etməsələr, onlara qarşı güc işlədiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG