Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

London-2012: Boksçu Məhəmməd Abdülhəmidovun nəticəsi ləğv olunub


London 2012
London 2012
London-2012 Olimpiya Oyunlarında yarışan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Məhəmməd Abdülhəmidov yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunub. Lakin sonradan Hakimlər Kollegiyasının qərarına əsasən yapon boksçunun qalib gəldiyi bildirilib.

Beynəlxalq Boks Federasiyasının (AİBA) məlumatına görə, azərbaycanlı idmançı üçüncü raundda 6 dəfə yerə yıxılıb. Yarışın qaydalarına görə isə hakim ən azı 3 belə halı nəzərə almalıdır.

AİBA-nın qaydalarına müvafiq olaraq, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir.

Federasiya bildirib ki, döyüşün videosunu izlədikdən sonra Yaponiya tərəfinin apelyasiyasını qəbul edib və nəticəni dəyişdirib.

AİBA rəsmiləri avqustun 2-də döyüşü izləmiş hakimin işinə baxacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG