Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Azərbaycanlı idmançının qələbəsi əlindən alındı


London-2012 Olimpiya Oyunlarında yarışan Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb.

Beynəlxalq Boks Federasiyasının (AİBA) məlumatına görə, üçüncü raundda 6 dəfə yerə yıxılıb. Yarışın qaydalarına görə isə hakim ən azı 3 belə halı nəzərə almalıdırlar.

AİBA-nın qaydalarına müvafiq olaraq, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir.

Federasiya bildirib ki, döyüşün videosunu izlədikdən sonra Yaponiya tərəfinin apelyasiyasını qəbul edib və nəticəni dəyişdirib.

AİBA rəsmiləri avqustun 2-də döyüşü izləmiş hakimin işinə baxacaq.

Məhəmməd Əbdülhəmidovun sonuncu rəqibi yaponiyalı idmançı olmuşdu.
XS
SM
MD
LG