Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:06

Ağrılara dözə bilməyən məhbus, informasiya təhlükəsizliyinə ayrılan pullar və ...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti yazır ki, son günlər «Saytlara hücumun izi Türkiyəyə gedib çıxır». «Hökumətin informasiya təhlükəsizliyinə ayırdığı pullar havaya sovrulur. Qəzetlərə pulu bir əldən verib, o biri əldən alırlar».

«EHTİYATLI OLUN, SİZİ İZLƏYİRLƏR!»

«Ehtiyatlı olun, sizi izləyirlər!». «Zerkalo» qəzeti belə bir xəbərdarlığı mobil telefon istifadəçilərinə ünvanlayır. Amerika yayım şurasının dərc olunmuş hesabatına istinad edən qəzet mobil telefonu şəxsi həyata zorla girən hiyləgər alət sayır. Repressiv rejimlərdə mobil telefona nəzarət məsələsinin daha ciddi olduğu qeyd edilir.
«Azərbaycan da daxil olmaqla 12 ölkədə aparılan hesabatda qeyd edilir ki, mövcud vəziyyət ölkə qanunlarını pozur və vətəndaş azadlığına hörmətsizlik halını yaradır».

İCTİMAİ PALATA XALQ HƏRƏKATI İLƏ ƏVƏZLƏNSİN

«Yeni Müsavat» «Müxalifəti sevə-sevə tənqid edən» yazar Mirzə Sakitin təkliflərini gündəmə gətirib. Yazara görə, «İctimai Palatanın fəaliyyətinə xitam verib, Xalq Hərəkatı adlı qurum yaradılmalıdır».

Mirzə Sakit təkliflərdən başqa müsahibəsində müsavatçılarla cəbhəçilər arasındakı münasibətlərə də toxunub. «Facebook-da yaradılan qruplarda cəbhəçilərlə müsavatçılar bir-birinə səngər açıblar».

«ARTIQ AĞRILARA DÖZƏ BİLMİRƏM»

«Bizim yol» həbsdə olan hüquq müdafiəçisi İlham Əmiraslanovun həbsxanadan göndərdiyi son məktubunu dərc edib. Məhbus «Artıq ağrılara dözə bilmirəm» deyir. Məhbus «Kür» Vətəndaş Cəmiyyəti Qərargahına göndərdiyi məktubda bildirir ki, «Mən həbs olunan zaman Sabirabad polis şöbəsində və rayon Olimpiya Mərkəzində polislər və qara maska taxmış mülki geyimli şəxslər tərəfindən ciddi fiziki zorakılığa və işgəncələrə məruz qalmışam». Məni zorla, döyə-döyə və ən ağır işgəncələri verə-verə, ölümlə təhdid edərək video çəkiliş qarşısında yalandan, etiraf edici izahat verməyə məcbur ediblər».

Baş Prokurorluğun iyulun 31-də yaydığı məlumatda isə İlham Əmiraslanova qarşı zorakılıq hallarının olması barədə məlumatlar təkzib olunur.

«AXCP MÜSAVATI TƏKLƏMƏK NİYYƏTİNDƏDİR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «AXCP Müsavatı təkləmək niyyətindədir».
«Radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların sədrləri aşkar şəkildə bir-birilərinə qarşı anti-təbliğat kampaniyası aparılır».

Qəzetə görə, AXCP sədri Əli Kərimlinin Rəsul Quliyevi İctimai Palataya gətirmək istəyi onun İsa Qəmbərlə birdəfəlik vidalaşmaq arzusundan irəli gəlir. «Yəni AXCP sədri bununla həm İsa Qəmbərdən qurtulmaq, həm də gələcəkdə ona təhlükə ola biləcək Arif Hacılını zərərsizləşdirmək niyyətindədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG