Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

Sürücü polisi döyüb


Bakıda yol polisi əməkdaşının sürücü tərəfindən döyüldüyü bildirilir.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə, saat 00:30 radələrində Mikayıl Müşfiq küçəsində yol polisi əməkdaşı, polis baş inspektoru Ağamalı Murad Kamal oğlu xidmətdə olarkən 90 QO 434 dövlət nömrə nişanlı «Mercedes» markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü, Naxçıvan MR Babək rayon Cəhri kənd sakini Mürsəliyev Sarvan Səfəralı oğlu tərəfindən döyülüb.

Məlumata görə, yol polisi əməkdaşı sürücünü yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb və avtomobili cərimə meydançasına apararkən aralarında mübahisə yaranıb.

Qapalı kəllə-beyin travması və digər xəsarətlər alan yol polisi əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG