Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03
-

...Köşə yazarlığının ümidinə qalan yazıçılardan ədəbiyyat gözləmək isə, sadəcə, saman çöpündən yapışmaqdı...


Pərviz Cəbrayıl


HƏR GÜN SIXILIB İPDƏN ASILMAQ


“Bu ölkədə yazmağa mövzu yoxdu”, - desən, adama gülərlər. Gerçəkdən də elədi. Bəlkə ikinci elə bir yer tapmazsan ki, bizdəki qədər mövzu bolluğu olsun.

Avtoritar tipli dövlətdə hələ neftin də bol isə, deməli, mövzu qıtlığından söz açmağa dəyməz. Gəl ki, yazmağa heç nə yoxdu...

Deyək ki, “Qafqazinfo”nun oxucusunu nəylə maraqlandırmaq və bəzən təəccübləndirmək olar?

Bütün problemlər biz yazarlar kimi onlara da yaxşı tanışdı. Çünki biz də bu ölkədə yaşayırıq, onlar da. Eyni havadan udub, eyni sudan içirik və hamımız çörəyimizi daşdan çıxarırıq.

Çörəyimizi daşdan çıxarana kimi isə, eyni qayaları yarmalı oluruq. Onun rüşvəti, korrupsiyası, qohumbazlığı, yerlibazlığı və istənilən bazlığı hər addımda qarşımıza çıxır və deyək ki, bəlkə də bir yazar hamıdan az qarşılaşır bu problemlərlə. Söz azadlığının yoxluğu və ya ən mədəni şəkildə desək, şikəstliyi, sərbəst toplaşma azadlığının ən mülayim şəkildə söylənsə, tam yoxluğu, mülkiyyət hüququnun cəngəllik səviyyəsində olması, polisinin kobudluğu (siyasi situasiyalarda vəhşiliyi) və mədəniyyətsizliyi, siyasi rəqabətin hakimiyyət tərəfindən qan düşmənçiliyi kimi dərk olunması, ölkənin var-yatırının acgözcəsinə respublikadan kənara daşınması, monopoliya, sosial allahsızlıq, alışıb-yanan dükan-bazar...

Bunları hər kəs bilir, öz dərisində acısını hiss edir. Bir yazar olaraq sən bunları sadəcə maraqlı şəkildə qələmə alıb, uzağı da bir-iki gizli informasiya əlavə edərək oxucunu razı sala bilərsən... Ancaq hər dəfə eyni problem, eyni dərd, eyni müsibət. Yazar da bundan bezir, oxucu da, bircə bezməyən var bu yaramazlıqlardan – o da o problemlərlə yaşayan, nəfəs alan və yaratdığı iyrəncliklərin hesabına mövcudluğunu qoruduğunu zənn edən rejim!

Saytların 99 faizinin köşə yazarları kimi, heç bir ictimai yükü olmayan, əyləncəli, sentimental, marginal, baməzə, tikansız, sadəcə yüngültəbiət oxucuya “kayf” verən yazılar yazmaq olar. Elə bil, bir paket günəbaxan dənəsi aldın, çırtladın, vaxtını Şerif. Ümid

Şerif. Ümid

öldürdün, paketdən çıxan “bəxtinizi bir də sınayın” bildirişini oxuyub xoşbəxt oldun, vəssalam. Di gəl, günəbaxan çox xeyirli bitkidi. Məişətdən təbabətə qədər hər yerdə faydası sonsuzdu. Lakin o yazılar “tum” kimi xeyirli olmasa da, küçəni, evi-eşiyi zibilləyən qabığı kimi oxucunun zövqünü, ruhunu zibilləyir. Yenə də küçələri süpürənlər var, bizim zövqümüzü, ruhumuzu isə heç bir idarə, təşkilat süpürmək, təmizləmək fikrində deyil, özümüz də allaha şükür, əlimizi ağdan qaraya vuracaq qədər vur-igid deyilik...

Bu işlə bütün dünyada incəsənət, əsasən də söz sənəti olan ədəbiyyat məşğul olub ki, bax, indi ədəbiyyatın özü Azərbaycanda ən ağır dərd-bəla, problem içindədi və bu, elə bir sahədi ki, onun sorunları ancaq və ancaq o sahənin adamlarına aydındı. Yəni bizim içimizi təmizləyəsi ədəbiyyatın özünün halına yanan gərək.

Üzdən baxanda hər şey yerli-yerində, hətta inkişafda görünür. Yeni romanlar yazılır, kitablar nəşr olunur. Hətta bu bolluğu rahat şəkildə “bum” sözüylə ifadə eləyirlər. Hər il bir neçə ədəbi müsabiqə keçirilir, qaliblər ödülləndirilir, bir neçə müsahibə-filan gözə dəyir. Sanki ədəbiyyat yağ-böyrək içində böyüyür. Əslində isə bu sahədə olan faciə hətta hökumətin korrupsiyasından da dəhşətlidi. Bir hökuməti yenisi ilə əvəzləyə, korrupsiyanı-rüşvəti yavaş-yavaş aradan qaldırmaq olar. Ədəbiyyatda isə heç bir inqilab gözlənilmir və hətta baş versə belə, bu, yenə də heç nəyi dəyişməyəcək. Çünki ədəbiyyatın yaradıcısı olan insan-yazar elə bir məhrumiyyət girdabındadı ki, onun öz sənətilə davamlı məşğul olması və bu işinin qazancı ilə yaşaması zərrəcə mümkün deyil. “Bum” dediyimiz romanlar isə deyək, bəlli 5-10 yazıçının məhsulu deyil. Hər dəfə 50 ayrı yazar, uzağı iki kərə gücünü toplayıb yaza bilir, bundan sonra isə yenə də başı gündəlik gün-güzərana qarışır və gün keçdikcə peşəkarlıqdan uzaqlaşır, umudlar bir kəpənək qanadı kimi toz olub geridə kədərli izlər buraxır. Yəni iki-üç yazıçı adı çəkmək olmaz ki, peşəkar və davamlı şəkildə yazmaqla məşğul ola bilsin... “Bum” dediyimiz prosesdən qazandığımız 3-4 yazar adı olur, nə yazıqlar ki, əsər-ədəbiyyat olmur.

Köşə yazarlığının ümidinə qalan yazıçılardan ədəbiyyat gözləmək isə, sadəcə, saman çöpündən yapışmaqdı. Boynuma alıram: şəxsən hər köşəmi yazanda, hətta nə qədər candan, içdən yazsam da, məndə çox sarsaq təəssürat yaranır. Elə bilirəm, kimsə məni mələfə kimi yuyur, var-qüvvəsilə bura-bura sıxıb, canıma hopmuş suyu bütünlüklə çıxarır, sonra da sərib qurudur.

Təmizlik gözəl şeydi, ama hər gün sıxılıb ipdən asılmaq heç xoş deyil...

Qafqazinfo

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG