Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Somalidə yeni hökumət yaradılacaq


Somalinin siyasi və ictimai liderlər assambleyası yeni ölkə konstitusiyasını dəstəkləyib.

Konstitusiya 20 illik daxili münaqişədən sonra artıq bu ay ölkədə yeni hökumət yaradılmasına yol açacaq.

İclasa bir neçə saat qalmış iki intiharçı binada özünü partladıb.

BMT-nin dəstəklədiyi plana əsasən yeni parlament avqustun 20-də yeni dövlət başçısı seçməlidir.

Sonuncu Somali hökuməti 1991-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra , ölkədə dəniz quldurları və əl Qaidə ilə əlbir olan ekstremist qrupların mövqei xeyli möhkəmlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG