Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Azərbaycanda bir sıra kino xadimlərinə təqaud və fəxri adlar verilib


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev kino xadimlərinə fəxri ad və fəxri təqaüd verilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Əfəndiyev Yalçın və Kazımov Aydına Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdləri veriləcək. Onlar buna Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə layiq görülüblər.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Yuri Varnovskiyə “Əməkdar İncəsənət Xadimi”, Orucova Nahidəyə “Əməkdar Artist”, daha 6 nəfərə isə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib.
XS
SM
MD
LG