Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Assad: “Ölkəmizin gələcəyi bu müharibədən asılıdır”


Suriya prezidenti Bashar Assadin Silahlı Qüvvələr Günü ilə bağlı yazılı bəyanatı yayılıb. Assad “silahlı terrorçu qruplarla” ölkənin taleyini müəyyənləşdirəcək müharibə apardıqlarını bildirib.

Bashar Assad bildirib ki, “xalqımızın və ölkəmizin taleyi, keçmişi, bu günü və gələcəyi bu müharibədən asılıdır”.

Prezident Suriya ordusunun qəhrəmancasına mübarizə apardığını, əsgərlərin “haqlı mübarizənin” müdafiəçisi olduğunu bildirib.

Bəyanatı Suriyanın rəsmi xəbər agentliyi Sana yayıb.

Bu arada beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational yaydığı hesabatında ordunun Dəməşq və Hələbdə insanlıq əleyhinə cinayətlər törətdiyini bildirib.
XS
SM
MD
LG