Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:48

iPhone 5 gəlir...


-
Sentyabrın 12-də Apple şirkətinin iPhone telefonunun yeni seriyasını təqdim edəcəyi gözlənilir.

Apple bununla bağlı rəsmi məlumat yaymasa da, şirkətə yaxın bloqlar "əvvəllər məlumatları təsdiqini tapmış mənbələr"ə istinadla belə bir xəbər yayıblar.

Müşahidəçilər yeni telefonu iPhone 5 adlandırırlar. Hərçənd dəqiq adı hələ bəlli deyil.

Yeni modelin ekranı bir qədər böyük olacaq. İnternetlə alqı-satqı edərkən ödəmə imkanları asanlaşacaq. Başqa yeni funksiyalar da gözlənilir.

Tədbirdə həmçinin daha kiçildilmiş “iPAD Mini” təqdim olunacaq. Bu da Amazon-un və Google-nin kiçik tipli tabletlərinin buraxılması ilə bağlı yaranmış rəqabətin artmasından irəli gəlir.

Son vaxtlar bazarda Android əməliyyat sistemi ilə işləyən telefonların satışı daha da artıb.

Xüsusilə Samsung Galaxy S3 son iki ayda 10 milyon satılıb. Hansı ki, Galaxy-nin S2 modeli yalnız 5 ay ərzində 10 milyon satılmışdı.

iPhone isə apreldən iyuna qədər 26 milyon satılıb. Wall Street analitikləri isə satışı 28-29 milyon planlaşdırırdı.

Ondan əvvəlki 3 ayda isə 35 milyon iPhone satılmışdı...

CNN-ə istinadla oxuzali.az
XS
SM
MD
LG